Kokpit.az xatırladır ki, Formula 1 beşhəftəlik fasilədən sonra Mayami Qran Prisi ilə qayıdış edir.
Şarl Lekler: “Komandalarda bu qədər çox yenilik görmək maraqlı olacaq. Yarışlar arasında beşhəftəlik fasilə olduğunu nəzərə alsaq, əksər komandalar Mayamiyə demək olar ki, tam yenilənmiş maşınlarla gəlirlər. Amma düşünmürəm ki, bu, mövsümün əvvəlində formalaşmış qüvvələr balansını ciddi şəkildə dəyişəcək. Ola bilsin, bəzi komandalar arasında fərq azalsın və ya artsın, əmin deyiləm.
Ən azı biz McLaren-lə mübarizə aparırıq. Son mərhələdə aramızda çox sıx rəqabət var idi və ümid edirəm ki, yeniliklər onların önünə keçməyə kömək edəcək. Amma Mercedes-ə gəlincə, onlar bizdən çox öndədirlər və gətirdiyimiz yeniliklərlə onlara çatmaq çətin görünür. Buna baxmayaraq, maraqlı olacaq.
Düşünürəm ki, Mayami mərhələsi bizim gələcək addımlarımızı müəyyənləşdirəcək. Çünki digər komandaların yeniliklərini təhlil etdikdən sonra hansı istiqamətdə inkişaf etməli olduğumuzu daha yaxşı anlayacağıq”.
Aprel fasiləsini necə keçirdiyi ilə bağlı suala Lekler belə cavab verib: “Açığı, bazada və simulyatorda çox işlədim. İlk üç yarışda gördüklərimizlə simulyatorun nəticələrinin nə dərəcədə uyğun gəldiyini yoxlamaq lazım idi. Əmin olmalı idik ki, simulyatorda sınaqdan keçirdiyimiz yeniliklər real trasda da eyni cür işləyəcək.
Mayami üçün hazırlanan yenilikləri və gələcək inkişaf istiqamətlərini test etdik. Çox iş oldu, ancaq faydalı keçdi.
İlin əvvəlində yeni maşınlarla bağlı çoxlu məlumat topladıq, ona görə də komandanın bunları təhlil etməsi və növbəti addımları müəyyənləşdirməsi üçün vaxta ehtiyac var idi. İndi özümü dincəlmiş hiss edirəm və mübarizəyə hazıram”.




Şərh əlavə et