Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikali CNBC telekanalına verdiyi müsahibədə bildirib ki, əgər vəziyyət yaxşılaşmasa, bu iki yarışın da ləğvi istisna olunmur. Bununla belə, belə bir hal üçün artıq alternativ variant hazırlanıb və mövsümün son iki mərhələsi başqa traslarda keçirilə bilər.
Stefano Domenikali: “Bəhreyn və Ciddədə keçirilməli olan yarışları ləğv etməli olduq. Regionda vəziyyətin necə inkişaf edəcəyini izləyirik, çünki ilin sonunda Qətər və Əbu Dabidə mərhələlər planlaşdırılıb. Hazırda gözləyirik və vəziyyəti müşahidə edirik.
Özümüz üçün son qərar verməli olduğumuz bir tarix müəyyən etmişik – bu iki mərhələnin keçirilməsi mümkün olacaq, ya yox. Ümid edirik ki, hər şey baş tutacaq, amma eyni zamanda biz qlobal idmanıq və alternativ planımız olmalıdır və əlbəttə ki, belə planımız var”.
Domenikali alternativ olaraq hansı trasların nəzərdə tutulduğunu və yekun qərarın nə vaxt veriləcəyini açıqlamayıb. O əlavə edib ki, Yaxın Şərqdəki böhran Formula 1-ə yanacaq və logistika xərclərinin artması ilə də təsir edir: “Hazırda biznesimizə ən böyük təsiri yanacaq və logistika xərclərinin artması göstərir. Biz qlobal idmanıq və bütün dünyanı dolaşırıq. Bu gün qarşılaşdığımız əsas problemlər bunlardır”.




Şərh əlavə et