Xəbəri Kokpitdə Oxuyun!

FİA havanı yaxından izləyir

FIA Miami Qran Prisi həftəsonunda gözlənilən ildırım və güclü leysan yağış ehtimalı ilə bağlı açıqlama yayaraq, mümkün fasilələrə qarşı hazır olduqlarını bildirib.

Həftəsonunun cümə və şənbə günlərində isti və günəşli hava gözlənilsə də, yarışın keçiriləcəyi bazar günü üçün vəziyyət daha qeyri-müəyyəndir.

Hava proqnozlarına görə, yarışın startına yaxın saatlarda trasda güclü yağış və ildırımlı fırtına riski var.

Vəziyyəti daha da çətinləşdirən amil isə ABŞ-da qüvvədə olan qaydadır. Bu qanuna əsasən, açıq havada keçirilən böyük tədbirlərdə ildırım riski olan fırtına yaxınlaşdığı halda yarış və ya tədbir dayandırılmalıdır.

Belə hallarda tamaşaçıların ərazini tərk etməsi tələb olunur. Formula 1-də isə əsas problem tibbi helikopterin uça bilməməsidir və bu hal trasda bütün fəaliyyətin dayandırılmasına səbəb olur.

Lakin FIA bu istiqamətdə hazırlıqlı olduqlarını bildirib.

FIA-nın mətbuat katibi  deyib: “Bu həftəsonu üçün hava proqnozlarını yaxından izləyirik. Keçən il Mayamidə oxşar vəziyyət yaşamışdıq, buna görə də fövqəladə planımız var. Lazım gələrsə bu planı aktivləşdirərək tras proqramındakı mümkün gecikmələri minimuma endirməyi hədəfləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et