Komandaların xüsusi rəng çalarlarına ciddi önəm verdiyi bu yarış həftəsonu öncəsi Alpine sosial şəbəkələrdə yeni dizaynını təqdim edib. Komandanın “Sarı geri döndü” ifadəsi ilə paylaşdığı dizayn qısa müddətdə azarkeşlərin rəğbətini qazanıb.
Alpine mövsümün ilk üç yarışından sonra ciddi potensiala malik olduğunu göstərib.
Fransız komandası Melburnda Pyer Qaslinin 10-cu yeri ilə 1 xal, Çində Qaslinin 6-cı, Franko Kolapintonun 10-cu yeri ilə 9 xal, Yaponiyada isə Qaslinin 7-ci yeri ilə 6 xal toplayaraq ümumilikdə 16 xala çatıb. Bu nəticələrlə Alpine Mühəndislər Kubokunda Red Bull-un önündə beşinci pillədə qərarlaşıb.
Komanda planlaşdırılan yeniliklərlə mövsümün davamında daha rəqabətədavamlı səviyyəyə yüksəlməyi hədəfləyir.





Şərh əlavə et