Kokpit.az xatırladır ki, fransalı sürücü mövsümün ilk üç yarışından sonra 15 xal toplayıb və Sürücülər Çempionatında səkkizinci yerdə qərarlaşıb.
Pyer Qasli: “Yarışlar üçün darıxmışdım və bu həftəsonu yenidən sükan arxasına keçəcəyim üçün çox şadam. İndi elə gəlir ki, Yaponiya Qran-prisi çoxdan olub. Mübarizəyə qayıtmağı səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, Mayamidə Suzukidəki kimi rəqabətədavamlı olacağıq.
Fasilə zamanı bir az dincəlmək, ailə və dostlarla vaxt keçirmək yaxşı oldu. Mövsüm ərzində buna nadir hallarda imkan olur. Parisdə Çempionlar Liqasının oyununa getdim, Liverpulda “Enfild” stadionunda oldum, amma indi bütün diqqətim yenidən yarışlardadır.
Rəqiblərin yeniliklərini görmək maraqlı olacaq. Yaponiyadakı tempimizi qoruyub, sıralanma turunun finalına çıxmaq və yarışda xal qazanmaq istəyirik. Komandanın bolidi inkişaf etdirmək üçün çox çalışdığını bilirəm və A526 ilə trasa qayıtmaq istəyirəm.
Sprint həftəsonudur. Məşqi effektiv keçirmək və hər sessiyada maksimum nəticə göstərmək vacibdir. Məqsədimiz xaldır!”




Şərh əlavə et