Xəbəri Kokpitdə Oxuyun!

McLaren yeniliklərlə gəlir

McLaren komandası aprel fasiləsindən maksimum səmərə ilə istifadə edib: Vokinqdəki bazada texniki yeniliklər üzərində intensiv iş aparılıb, komanda bolidin xüsusiyyətlərini daha yaxşı anlamağa çalışıb, Lando Norris və Oskar Piastri isə simulyatorda hazırlıq keçib.

Komandanın açıqlamasına görə, MCL40-ın modernləşməsinin ilk mərhələsi çərçivəsində Mayamidə yeniliklər paketi təqdim olunacaq. Bu paketə ön və arxa əyləc hava kanalları, kuzov elementləri, altlıq və arxa qanad daxildir.

Bununla yanaşı, komandanın əsas diqqəti son texniki reqlament dəyişiklikləri fonunda güc qurğusunun daha dərindən mənimsənilməsinə yönəlib.

Qeyd edək ki, “narıncılar” mövsümə elə də yaxşı başlamayıblar. Oskar Piastri ilk iki yarışda start ala bilməyib. Mövsümün üçüncü yarışı Yaponiyada ikinci olaraq, podiuma yüksəlib. Lando Norris isə bu il üç yarışdan ikisində finiş görüb və podiuma yüksələ bilməyib.

Rauf Hacıyev

Şərh əlavə et