Xəbəri Kokpitdə Oxuyun!

Azərbaycan və Türkiyə yarışları qoşa keçirilə bilər

Formula 1-də 2027-ci il mövsümünün təqvimi üzərində işlər davam edir. Rəsmi elan ən tez iyun ayında gözlənilir, lakin mediada artıq dəyişikliklərin mümkün olduğu ilkin versiya yayılıb.

Gözlənilir ki, mövsüm 14 martda Bəhreyn Qran-prisi ilə başlasın. Bir həftə sonra isə Səudiyyə Ərəbistanı mərhələsi keçiriləcək.

Aprel ayına Avstraliya, Çin və Yaponiya yarışları planlaşdırılıb. Melburndakı mərhələnin müqaviləsi 2035-ci ilə qədər qüvvədədir, lakin həmin razılaşmaya görə, Avstraliya yalnız beş dəfə mövsümün açılış yarışı ola bilər. Albert Park artıq iki dəfə mövsümü açıb və növbəti belə hal ən tez 2028-ci ildə baş verəcək.

May ayında, 2026-cı ildə olduğu kimi, Mayami və Monreal mərhələləri nəzərdə tutulur. Avropa hissəsi isə iyunun ilk bazar günü keçiriləcək Monako Qran-prisi ilə başlayacaq. Bundan sonra təqvimə Portuqaliya mərhələsinin qayıdışı planlaşdırılır və o, Barselonanı əvəz edəcək.

Portuqaliyadan sonra təqvim 2026-cı ilin qrafikini təkrarlayır: Avstriya, Böyük Britaniya, Belçika və Macarıstan yarışları keçiriləcək, daha sonra yay fasiləsi olacaq.

Mövsüm avqustun son həftəsonu Madriddə yenidən start götürəcək, bir həftə sonra isə Monza İtaliya Qran-prisinə ev sahibliyi edəcək.

İki həftə sonra Türkiyə Qran-prisinin keçirilməsi planlaşdırılır və bu mərhələ Bakı yarışı ilə ardıcıl təşkil olunacaq. Daha sonra təqvim yenidən 2026-cı il sxeminə uyğun davam edəcək: Sinqapur, Ostin, Mexiko, San-Paulu, Las-Veqas və Qətər mərhələləri.

2027-ci il mövsümünün 5 dekabrda Əbu-Dabidə başa çatması planlaşdırılır.

Budur 2027 mövsümü üçün Formula 1-in ilkin təqvimi:

Tarix Qran Pri Məkan
12–14 mart Bəhreyn Sakhir
19–21 mart Səudiyyə Ərəbistanı Ciddə
02–04 aprel Avstraliya Melburn
09–11 aprel Çin Şanxay
23–25 aprel Yaponiya Suzuka
07–09 may Mayami Mayami
21–23 may Kanada Monreal
04–06 iyun Monako Monako
11–13 iyun Portuqaliya Portimao
25–27 iyun Avstriya Şpilberq
04–06 iyul Böyük Britaniya Silverstoun
16–18 iyul Belçika Spa
23–25 iyul Macarıstan Budapeşt
27–29 avqust İspaniya Madrid
03–05 sentyabr İtaliya Monza
17–19 sentyabr Türkiyə İstanbul
24–26 sentyabr Azərbaycan Bakı
08–10 oktyabr Sinqapur Sinqapur
22–24 oktyabr ABŞ Ostin
29–31 oktyabr Meksika Mexiko
05–07 noyabr Braziliya San-Paulu
18–20 noyabr Las-Veqas Las-Veqas
26–28 noyabr Qətər Losail
03–05 dekabr Abu-Dabi Yas Marina

Rauf Hacıyev

Şərh əlavə et