130 ölkədə fəaliyyət göstərən şirkət dünya çempionatının rəsmi tərəfdaşı statusunu alıb.
Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikal: “Marsh-ın rəsmi tərəfdaş kimi Formula 1 ailəsinə qoşulması çox sevindirici xəbərdir. Şirkət innovativ həllər təqdim edəcək və idmanımızın qlobal inkişafına töhfə verəcək.
Hər iki tərəf birgə ekosistem vasitəsilə geniş auditoriyanı əhatə edəcək və mümkün olanın sərhədlərini genişləndirməyə çalışacaq. Formula 1-in populyarlığı artmaqda davam edir və idmanımız yeni zirvələrə çatır. Marsh ilə tərəfdaşlıq isə bizə daha böyük imkanlar açır”.




Şərh əlavə et