Xəbəri Kokpitdə Oxuyun!

Alpine Brioni ilə tərəfdaş olub

İtaliyanın lüks geyim brendi Brioni Alpine F1 komandasının yeni tərəfdaşı olub.

Tərəflər hesab edirlər ki, bu əməkdaşlıq “yüksək səviyyəli dərzilik sənətini avtoidman dünyasına gətirəcək”. Komandanın rəhbər heyəti rəsmi tədbirlərdə Brioni kostyumlarında çıxış edəcək.

Komandanın rəhbəri Flavio Briatore: “1980-ci illərin sonunda Enstoundakı komandada işləməyə başlayanda biz moda dünyasından gəlmiş autsayder idik və Formula 1-in təcrübəli iştirakçılarına qarşı mübarizə aparırdıq.

Bu prestijli tərəfdaşlıq komandamızın stil və zəriflik səviyyəsini yeni mərhələyə qaldıracaq, eyni zamanda onun qlobal imicini daha da gücləndirəcək”.

Rauf Hacıyev

Şərh əlavə et