Formula 1-in ən yeni komandası olan Cadillac dünya çempionatındakı debüt mövsümünü keçirir. Amerika təmsilçisinin ilk üç yarışdakı ən yaxşı nəticəsi Çin Qran Prisində Valtteri Bottasın 13-cü yeri olub.
Komandanın ilk bolidi olan MAC-26, Amerika avtoidmanının əfsanəsi Mario Andrettiyə həsr olunaraq bu adı daşıyır.
Bolid normalda qara və ağdan ibarət iki rəngli çalardan istifadə edir. Bu görünüş bu ilin Super Bowl zamanı təxminən 20 milyon dollarlıq reklam kampaniyası ilə təqdim olunmuşdu.

Cadillac isə Florida yarışına xüsusi olaraq ABŞ bayrağındakı ulduz və zolaqlardan ilhamlanan yeni rəng çaları hazırlayıb.
Xüsusilə arxa qanadda diqqət çəkən detal yer alır – “USA” yazısı qırmızı, ağ və mavi rəng elementləri ilə birlikdə istifadə olunub.
Komandanın baş brend məsləhətçisi Kassidi Tauriss dizaynla bağlı belə deyib: “Cadillac-ın Mayami Qran Prisi üçün xüsusi rəng çaları sadə və təbii mesaj verir: düşünülmüş və özünə güvənən. Bu bizim ilk ev yarışımızdır və azarkeşlərin tanıdığı kimliyi qorumaq bizim üçün vacib idi. Azarkeşlərin bunu ilk dəfə trasda görməsini səbirsizliklə gözləyirəm. Ev kimisi yoxdur”.





Şərh əlavə et