Kokpit.az xatırladır ki, 2020-ci ildə pandemiya zamanı Silverstoun bir mövsümdə iki yarış qəbul etmişdi. Bu il Yaxın Şərqdə yaranmış münaqişəyə görə iki yarış ləğv olunub. Buna görə də britaniyalılar yenə də iki yarış keçirməyə razıdırlar.
Stüart Prinql: “COVID-19 pandemiyası zamanı Formula 1-ə kömək edib iki yarış keçirmişdik, indi də eyni təklifi etmişik. Əgər lazım olarsa, iki mərhələ qəbul etməyə hazırıq.
Formula 1 bizim təklifimizi eşidib, onlar bilir ki, biz hazırıq və bizdən xahiş olunsa, çox qısa zamanda hərəkətə keçə bilərik. Təqvimimizdə boş günlərin olmaması ilə fəxr edirəm, amma fövqəladə vəziyyətdə hər şeyi dəyişmək mümkündür”.




Şərh əlavə et