Əgər hansısa bolid startda çox zəif hərəkətə başlasa, sistem avtomatik olaraq güc qurğusunun elektrik hissəsini aktivləşdirəcək və maşının təhlükəsiz şəkildə yerindən tərpənməsinə kömək edəcək.
FIA-nın biroturacaqlı avtomobillər üzrə yarış direktoru Nikolas Tombazis xüsusi olaraq vurğulayıb ki, bu sistemdən üstünlük qazanmaq üçün istifadə etməyə icazə verilməyəcək:“Biz açıq şəkildə bildirdik ki, bu sistemdən üstünlük əldə etmək üçün istifadə olunmamalıdır. Onu qəsdən aktivləşdirib mövqeni yaxşılaşdırmaq kimi bir istək belə olmamalıdır. Bu sistem fəlakətli startı sadəcə pis starta çevirəcək, amma pis startı yaxşı start etməyəcək.
Bu mövzunu komandalarla ilk müzakirə edəndə təklif etdik ki, sistem işə düşərsə, pilot ilk dövrənin sonunda məcburi pit yolundan keçsin. Komandalar buna qarşı çıxdılar, çünki belə halda vəziyyət onların nəzarətindən çıxırdı. Biz də bununla razılaşdıq.
Amma əgər görsək ki, hansısa boşluqdan istifadə olunur və komandalar sistemi öz xeyrinə tətbiq edir, mütləq müdaxilə edəcəyik. Ümid edirəm ki, buna ehtiyac qalmayacaq”.




Şərh əlavə et