Kokpit.az xatırladır ki, Amerika təmsilçisi mövsümün ilk 3 yarışından sonra 18 xal toplayıb və hazırda dördüncü yerdə qərarlaşıb.
Komandanın rəhbəri Ayo Komatsu: “Hamımız yarış həyəcanı üçün darıxmışdıq, amma Yaponiya Qran-prisindən sonra vaxtı səmərəli keçirdik və komandanın müxtəlif sahələri üzrə işlər gördük.
Pilotlarımızın azarkeşlər və tərəfdaşlarla görüşləri də çox uğurlu keçdi. Bu, xüsusilə ABŞ-dakı ilk ev yarışımız öncəsi böyük dəstək hiss etdiyimizi göstərir.
Texniki baxımdan isə ilk üç mərhələdən sonra VF-26-nın xüsusiyyətlərini daha yaxşı başa düşürük. Toplanan məlumatların analizi üçün daha çox vaxtımız oldu və bolidin etibarlılığı ilə effektivliyini artırmaq üzərində işlədik.
Mayamiyə mümkün qədər çox xal qazanmaq məqsədilə yollanırıq. İlk yarışlarda bunu bacardıq, lakin potensialımızın hələ tam açılmadığını düşünürük. Sprint həftəsonu əlavə çətinlik yaradır, ancaq hamı eyni şəraitdədir. Əsas odur ki, yenidən trasdayıq və Mayamidə yarışmaq bizə həmişə xoş olub”.




Şərh əlavə et