Xəbəri Kokpitdə Oxuyun!

Türkiyə Qran Prisinin unudulmaz anları

2005–2011-ci illər arasında müntəzəm olaraq Formula 1 təqvimində yer alan İstanbul Park trasında yarış həyəcanının zirvəyə çıxdığı anlara şahidlik etmişik.

Kokpit.az xatırladır ki, Türkiyə Qran Prisi gələn ildən etibarən təqvimə qayıdır. 2005–2011-ci illərdəki yarışlardan sonra 2020 və 2021-ci illərdə də təqvimə qayıdan İstanbul Park unudulmaz anlarla yadda qalıb.

2027-ci ildən əvvəl xatırlanmalı ən önəmli İstanbul GP anları:

İstanbul Parkda ilk yarış və qəza – 2005

Formula 1-in Türkiyədəki ilk yarışında 110 min tamaşaçı iştiral etmiş və bu, ən böyük idman tədbirlərindən biri olmuşdu. Yarışın 14-cü dövrəsində Mixael Şumaxer və Mark Vebber arasında baş verən qəza böyük təəccüb yaratmış və Şumaxerin yarışı dayandırmasına səbəb olmuşdu.

Felipe Massanın ilk qələbəsi – 2006

Ferrari ilə ilk qələbəsini qazanan Felipe Massa, poul mövqeyindən başladığı yarışı son dövrəyə qədər lider tamamlamışdı.

Lyuis Həmiltonun təkər problemi – 2007

Yarışın bitməsinə 15 dövrə qalmış Lyuis Həmilton ön sağ təkərində aşınma problemi yaşamışdı. Böyük riskə baxmayaraq maşını boksa qədər çatdırmağı bacarmış və yarışı beşinci yerdə tamamlamışdı.

Cankarlo Fizikellanın unudulmaz qəzası – 2008

Force India pilotu Cankarlo Fizikella startda 19-cu idi. Aqressiv start cəhdində ilk döngədə Kazuki Nakajima ilə toqquşmuş və havaya qalxaraq rəqibin üzərindən keçmişdi. Hər iki pilot yarışı dayandırmışdı.

Sebastian Fettelın kritik səhvi – 2009

Sıralanma turunda poul qazanan Sebastian Fettel yarışın ilk dövrəsində səhv edərək trasdan çıxmış və üstünlüyünü itirərək mövqeyini Censon Battona vermişdi.

Red Bull pilotlarının toqquşması – 2010

2010-cu il yarışının ən yaddaqalan anı Red Bull pilotlarının toqquşması oldu. Mark Vebber və Sebastian Fettel 40-cı dövrədə 320 km/saat sürətlə gedərkən toqquşmuşdular. Fettel yarışı dayandırmış, Vebber isə pit-stopdan sonra yarışı üçüncü tamamlamışdı.

Azarkeşlər üçün emosional anlar – 2011

2012-ci ildə yarışın təqvimdən çıxacağı xəbərləri yayılmağa başlayanda azarkeşlər son yarışı izləyərkən həm də emosional anlar yaşamışdılar.

İstanbul Parkın geri dönüşü – 2020

Doqquz illik fasilədən sonra qayıdan yarış yağışlı şərait keçirilmişdi. Ləns Stroll bir müddət lider getsə də, Lyuis Həmilton möhtəşəm performansla irəli çıxaraq 94-cü qələbəsini qazanmış və 7-ci çempionluğunu təmin etmişdi.

Yarış daha sonra mövsümün ən yaxşı yarışı seçilmişdi.

Pit strategiyası həlledici oldu – 2021

Yağışlı şəraitdə keçirilən yarışda pit strategiyası əsas rol oynamışdı. Yarışı Mercedes komandasının pilotu Valtteri Bottas qazanmışdı. Maks Ferstappen isə Serxio Peresin önündə ikinci olmuşdu.

İstanbul Parkın geri dönüşü ilə Formula 1 həyəcanı yenidən zirvəyə qalxmağa hazırlaşır.

Rauf Hacıyev

Şərh əlavə et