Məcburi fasilədən sonra 1 saatlıq sessiyaya start verilib və Xeresdə mübarizə başlayıb.
İlk dövrələrdə təkərlərini hazırlayan Françesko Banyaya sərt qəza edib və ilk döngədə çınqıl zonasına çıxıb. Hadisədən sonra o, boksa qayıdıb və daha sonra ehtiyat motosikletlə sessiyaya davam edib.
Sessiyanın ilk beş dəqiqəsindən sonra sürətli dövrə atan Fabio Di Ciannantonio 1:36.730 nəticə ilə liderliyə yüksəlib. Daha sonra nəticəsini 1:36.560-a qədər yaxşılaşdırıb.
Sessiyanın orta hissəsində Aleks Markes sürətli dövrəsində liderdən 0.46 saniyə geri qalaraq ikinci olub. Mark Markes isə az fərqlə üçüncü yerdə qərarlaşıb.
Bu vaxt Toprak Razqatlıoğlu 1:37.886 nəticə ilə 20-ci yerdə idi. Mövsümün əvvəlindən Yamaha motosikletində əyləc problemi yaşayan türkiyəli sürücü mümkün olan ən yaxşı nəticəni əldə etməyə çalışıb və daha sonra sazlama dəyişiklikləri üçün boksa qayıdıb.
Xorxe Martin 13-cü döngədə ciddi qəza edib və motosikletdən düşdükdən sonra sessiya davam edərkən qaçaraq trasın qarşı tərəfinə keçib. Bu davranış həm şərhçilər, həm də komandası tərəfindən tənqid olunub.
Qəzadan sonra sessiyaya qayıdan Banyaya ilk sürətli dövrəsində 1:38.384 nəticə göstərsə də, tempini artıra bilməyib.
Sessiyanın son 20 dəqiqəsində Fabio Di Ciannantonio nəticəsini 1:36.267-yə yaxşılaşdıraraq, liderlik şansını artırıb.
Son 15 dəqiqədə sürücülər yeni sazlanmalar və təkərlərlə yenidən trasa çıxıblar.
Ai Oqura 1:36.684, Raul Fernandes 1:37.048, Franko Morbidelli isə 1:36.971 nəticə göstərib. Pedro Akosta 1:37.111 nəticə ilə 13-cü yerə geriləyib.
Son 10 dəqiqədə tempi artıran Aleks Markes 1:36.201 nəticə ilə liderliyə yüksəlib və Fabio Di Ciannantonionu geridə qoyub. Mark Markes isə nəticəsini yaxşılaşdıra bilməyib.
Daha sonra Aleks Markes 1:35.704 nəticə ilə səhvsiz dövrə vuraraq fərqi artırıb. Pedro Akosta isə sürətli dövrəsində ciddi sürüşmə yaşasa da, qəzadan yayınmağı bacarıb.
Sessiyanın son dəqiqələrində Marko Bezzekki 1:36.210 nəticə ilə ikinci yerə yüksəlib. Ondan yarım saniyə geri qalan Banyaya üçüncü olub. Ardınca Fabio Di Ciannantonio son cəhdində yenidən ikinci yerə yüksəlib.
Sessiya başa çatdıqdan sonra Aleks Markes lider, Fabio Di Ciannantonio isə ikinci olub.




Şərh əlavə et