Xeresdə 45 dəqiqəlik geri sayımın başlaması ilə sürücülər həftənin ilk sessiyası üçün trasa çıxıblar. İlk dəqiqələrdən sonra Yohann Zarko 1:38.815 nəticə ilə liderliyə yüksəlib. Lakin sessiya ərzində lider tez-tez dəyişib.
Sessiyanın ortasına yaxın bütün sürücülər boksa qayıdıblar. Bu zaman Aleks Markes 1:37.332 ilə birinci yerə yüksəlib. Mark Markes isə 0.164 saniyə geridə ikinci yerdə qərarlaşıb.
Sessiyanın bitməsinə 20 dəqiqə qalmış Toprak Razqatlıoğlunun mexaniki problem səbəbindən boksa döndüyü bildirilib. Bu arada Marko Bezzekki ikinci yerə yüksəlib. Son dəqiqələrdə Fabio Di Ciannantonio 1:36.954 nəticə ilə yenidən liderliyə qalxıb. Toprak isə trasa qayıdaraq nəticəsini yaxşılaşdırıb.
Cümə gününün ilk sessiyası Fabio Di Ciannantonionun liderliyi ilə başa çatıb. Franko Morbidelli ikinci, Aleks Markes isə üçüncü olub.
Marko Bezzekki dördüncü, Mark Markes beşinci, Raul Fernandes altıncı yeri tutub. Onları Cek Miller və Pedro Akosta izləyib, ilk onluğu isə Yohann Zarko və Xorxe Martin tamamlayıb.




Şərh əlavə et