Ötən ilin iyun ayında Bakı Kristal Zalında keçirilən UFC-nin debüt tədbiri 14,000-dən çox tamaşaçını bir araya gətirmişdi. Biletlərin tam satılması regionda MMA-ya böyük marağın göstəricisi olmuşdu. Las-Veqasda keçirilən görüşdə UFC prezidenti və baş icraçı direktoru Dana Uayt ilə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bu uğurun davamı və tərəfdaşlığın gələcək inkişaf imkanlarını müzakirə etdilər.
“Bakı ziyarət etmək üçün dünyanın ən yaxşı şəhərlərindən biridir. Şəhər olduqca gözəldir, burada yaşayan insanlar son dərəcə mehribandır.” deyə UFC-nin prezidenti və baş icraçı direktoru Dana Uayt bildirib. “Keçən il ora səfər edəndə heyran qaldım. Qonaqpərvərlik ən yüksək səviyyədə idi. Azarkeşlər idmana inanılmaz həvəs göstərir, eyni zamanda kifayət qədər məlumatlı idilər. İnsanlar dünyanın hər yerindən gəlib bunu mütləq özləri yaşamalıdırlar.”
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov bildirib: “UFC ilə çoxillik tərəfdaşlığın əldə olunması Azərbaycanın qlobal idman məkanı kimi mövqeyini möhkəmləndirmək baxımından mühüm mərhələdir. İlk Avropa Oyunları və Formula 1 kimi nüfuzlu tədbirlərə ev sahibliyi təcrübəsinə əsaslanan bu əməkdaşlıq qarışıq döyüş sənətlərinin inkişafını sürətləndirəcək və Azərbaycanla yanaşı region idmançıları üçün yeni imkanlar yaradacaq. UFC artıq Bakı idman təqviminin mühüm hissəsinə çevrilib və yerli döyüşçülər üçün doğma azarkeşlər qarşısında çıxış etmək imkanı yaradır. Bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə yüksək səviyyəli idman tədbirləri keçirmək potensialını bir daha sübut edir.
Keçən il UFC-nin debüt tədbirinin uğurla və tam dolu tribunalarla baş tutmasından sonra tərəfdaşlığımızı genişləndirərək Fight Night tədbirlərinin yenidən Bakıda keçirilməsindən məmnunuq. Builki tədbirə marağın daha da yüksək olacağı və şəhərə gələn ziyarətçilərin sayının artacağını gözləyirik. Əminik ki, tədbir daha genişmiqyaslı və yüksək səviyyədə keçiriləcək və iştirakçılar üçün unudulmaz təcrübə bəxş edəcək.”– deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev əlavə edib.
UFC® haqqında
UFC® dünyanın aparıcı qarışıq döyüş sənətləri (MMA) təşkilatıdır və 700 milyondan çox azarkeşə, eləcə də sosial mediada təxminən 353 milyon izləyiciyə malikdir. Təşkilat hər il dünyanın ən nüfuzlu arenalarında 40-dan çox canlı tədbir təşkil edir və öz proqramlarını 210-dan çox ölkə və ərazidə 950 milyondan artıq televiziya və rəqəmsal ev təsərrüfatına çatdırır. UFC-nin idmançı heyəti 75-dən çox ölkəni təmsil edən dünyanın ən güclü MMA döyüşçülərindən ibarətdir. Təşkilatın rəqəmsal platformalarına döyüş idman növləri üzrə aparıcı yayım xidmətlərindən biri olan UFC FIGHT PASS® daxildir. UFC, TKO Group Holdings (NYSE: TKO) şirkətinin tərkib hissəsidir və baş qərargahı Las-Veqas, Nevada ştatında yerləşir. Əlavə məlumat üçün UFC.com saytına daxil ola və UFC-ni Facebook (Facebook.com/UFC), X, Snapchat, Instagram və TikTok platformalarında @UFC hesabı vasitəsilə izləyə bilərsiniz.
BCC haqqında
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BCC) Azərbaycanda iri miqyaslı beynəlxalq idman tədbirlərinin aparıcı təşkilatçılarından biridir və Formula 1 Azərbaycan Qran Prisinin rəsmi promoteridir. Formula 1 dünyanın ən nüfuzlu avtomobil idmanı çempionatıdır və hər il ən güclü pilotları və milyonlarla azarkeşi bir araya gətirir. 2025-ci ildən etibarən BCC Azərbaycanda UFC tədbirlərinin rəsmi təşkilatçısı kimi fəaliyyət göstərir. BCC beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərərək iri miqyaslı idman və əyləncə tədbirlərinin planlaşdırılması və icrasını həyata keçirir. Şirkət bütün əməliyyatların yüksək səviyyədə və fasiləsiz şəkildə təşkilini təmin edir. BCC Azərbaycanın beynəlxalq idman tədbirləri üçün aparıcı məkanlardan biri kimi mövqeyinin gücləndirilməsinə töhfə verməyə davam edir.
Ətraflı məlumat üçün azerbaijangp.com saytına daxil ola və BCC-ni Facebook, X, Instagram və TikTok platformalarında @BCC hesabı vasitəsilə izləyə bilərsiniz.
Media əlaqə
UFC – Niamh Moran Niamh.moran@ufc.com
BCC – Leyla Əmirsultanova l.amirsultanova@azerbaijangp.com




Şərh əlavə et