Xəbəri Kokpitdə Oxuyun!

Mayamidə birinci sərbəst yürüşlərin vaxtı uzadılıb

Mayami Qran Prisi öncəsi həftəsonu proqramında mühüm dəyişiklik edilib.

Səlahiyyətlilərlə aparılan müzakirələrdən sonra Mayami GP həftəsonunun yeganə sərbəst yürüş sessiyası 60 dəqiqədən 90 dəqiqəyə uzadılıb. Beləliklə, sessiyanın yerli vaxtla 12:00–13:30 aralığında keçiriləcəyi açıqlanıb.

Dəyişiklik çərçivəsində sərbəst yürüşdən əvvəl planlaşdırılan bütün tras fəaliyyətləri də 30 dəqiqə irəli çəkiləcək.

Bu qərarın verilməsində son yarışdan sonra yaranan uzun fasilə, yeni qaydalar və sprint formatı səbəbindən məşq vaxtının məhdud olması əsas rol oynayıb.

Rauf Hacıyev

Şərh əlavə et