Xəbəri Kokpitdə Oxuyun!

Ferrari çəkiliş gününü bitirib

 Ferrari komandası çərşənbə günü Monzada builki ikinci çəkiliş gününü  keçirib. Testlərdə Şarl Lekler və Lyuis Həmilton iştirak ediblər.

Reklam çəkilişləri ilə yanaşı, komanda Mayami Qran-prisi üçün hazırlanmış yenilikləri də yoxlayıb. Rəqiblərin bu yenilikləri vaxtından əvvəl görməməsi üçün Skuderiya ciddi təhlükəsizlik tədbirləri görüb və bolidləri izləmək imkanlarını məhdudlaşdırıb.

Buna baxmayaraq, bəzi detalları görmək mümkün olub. Xüsusilə “Makarena” adlandırılan yenilənmiş arxa qanad diqqət çəkib – onun yuxarı elementi Straight Mode aktivləşəndə 180 dərəcə fırlanır. Bu yeniliyin Mayamidə SF-26 bolidində istifadə olunacağı ehtimal edilir.

Monzada hər iki pilot işləyib: səhər sessiyasında Şarl Lekler 19 dövrə vurub və ən yaxşı nəticəsi 1:27.138 olub. Günün ikinci yarısında isə Lyuis Həmilton 20 dövrə qət edib və 1:26.585 zaman nəticəsi göstərib.

Cümə axşamı pilotlar Maranellodakı komanda simulyatorunda işi davam etdirəcəklər.

Rauf Hacıyev

Şərh əlavə et