İtalyanlar bu yenilikləri əvvəlcə Bəhreyn mərhələsinə hazırlamışdı. Orada keçirilən qış testlərinin məlumatları ilə yeni nəticələri müqayisə etmək planlaşdırılırdı. Lakin mərhələ ləğv olunduğuna görə testlər Monzada keçirilməli olub.
Bu gün trasda hər iki əsas pilot işləyəcək. Komanda üçün əsas məqsəd obyektiv rəy toplamaq və mövsümün ilk üç yarışında daha yaxşı nəticə əldə etməyə mane olan problemləri aradan qaldırmaqdır.
Qeyd edək ki, belə günlərdə bolid maksimum 200 km məsafə qət edə bilər və yalnız Pirelli-nin nümayiş təkərlərindən istifadə olunur.




Şərh əlavə et