Görüş öncəsi FIA-nın prezidenti Məhəmməd Ben Sulayem rəsmi açıqlama ilə çıxış edib: “Komanda rəhbərləri ilə keçiriləcək görüş öncəsi FIA ilə Formula 1 pilotları arasında konstruktiv danışıqlar baş tutduğunu məmnuniyyətlə bildirirəm. Bu görüşdə 2026-cı il reqlamentində mümkün dəyişikliklər müzakirə olunacaq.
Pilotlar, xüsusilə enerji idarəetməsi sahəsində hesab etdikləri düzəlişlərlə bağlı çox dəyərli töhfələr veriblər. Məqsəd təhlükəsiz, ədalətli və rəqabətli yarışları təmin etməkdir.
Son həftələr ərzində FIA komandaların texniki nümayəndələri, güc qurğusu istehsalçıları və FOM ilə bir sıra görüşlər keçirib. Bu müzakirələrin əsas mövzusu təhlükəsizlik və idmanın maraqları olub.
Qarşıdakı görüşdən sonra yekun təkliflər FIA-nın Ümumdünya Şurasında elektron səsverməyə çıxarılacaq”.




Şərh əlavə et