Xəbəri Kokpitdə Oxuyun!

Haas D.Energy ilə tərəfdaşlığa başlayıb

Haas F1 komandası 2026-cı il mövsümü üçün D.Energy şirkəti ilə müqavilə imzaladığını açıqlayıb. Şirkət komandanın dayanıqlı inkişaf üzrə rəsmi tərəfdaşı olacaq.

Bu əməkdaşlıq komandanın ekoloji məsuliyyətə və innovasiyalara sadiqliyini vurğulayır. Məqsəd isə Formula 1-in 2030-cu ilə qədər karbon neytrallığına nail olmaq hədəfinə töhfə verməkdir.

Tərəfdaşlıq çərçivəsində D.Energy komandaya karbon izini azaltmaqda, bərpa olunan enerji mənbələrinin inteqrasiyasını genişləndirməkdə və həm trasda, həm də bazada dayanıqlı inkişaf təşəbbüslərini həyata keçirməkdə dəstək olacaq.

D.Energy loqosu mövsüm ərzində komandanın bolidlərində və rəqəmsal materiallarında yer alacaq.

Komandanın rəhbəri Ayo Komatsu bildirib ki, bu tərəfdaşlıq dayanıqlı inkişaf yolunda vacib addımdır: “Formula 1 sürətlə inkişaf edir və bizim də onunla ayaqlaşmağımız vacibdir. D.Energy bizə həm trasda, həm də trasdan kənarda maksimal performansı qoruyaraq ətraf mühitə təsiri azaltmaq üçün lazım olan bilik və innovasiyaları təqdim edir.

Rauf Hacıyev

Şərh əlavə et