Xəbəri Kokpitdə Oxuyun!

Testlərin ilk günündə Rassell birincidir

Səhər yağan yağış və texniki problemlər 2027-ci il üçün təkər prototiplərinin növbəti test seriyasının ilk günündə işə müəyyən qədər mane olub.

Pirelli testləri əsasən quru təkərlərə həsr etməyi planlaşdırsa da, gecə yağan yağışdan sonra Nürburqrinqdə sessiya əvvəlcə keçid təkərləri ilə başlayıb. Lakin tezliklə hava açılıb, asfalt quruyub və sürücülər quru təkərlərə keçiblər.

Səhər saatlarında Oskar Piastri McLaren-də, Corc Rassell isə Mercedes-də səkkiz dövrəlik bir neçə seriya keçirərək C3 təkərlərinin müxtəlif konstruksiya variantlarını sınaqdan keçiriblər. Daha perspektivli hesab olunan variantları günün ikinci yarısında Rassell daha uzun məsafədə yoxlayıb, Piastrinin bolidi isə nasazlıq səbəbindən demək olar ki, axşama qədər bokslarda qalıb.

Günün yekununda Rassell 127 dövrə vurub və ən yaxşı nəticəsi 1:33.899 olub. Piastri isə 65 dövrə ilə kifayətlənib, onun ən sürətli dövrəsi 1:35.096 təşkil edib.

Bu gün keçiriləcək ikinci və son test günündə sükan arxasına Lando Norris və Kimi Antonelli keçəcək.

Rauf Hacıyev

Şərh əlavə et