Qiymətləndirmə dünyanın on ən böyük bazarında aparılıb və həm kvalifikasiya, həm də yarış göstəriciləri nəzərə alınıb. Bu məlumatlar reqlament dəyişikliklərinin müzakirəsi üçün istifadə olunub.
Nəticələrə görə, Avstraliya Qran Prisində televiziya auditoriyası ötən illə müqayisədə 23 faiz, Çin Qran Prisində 30 faiz, Yaponiya Qran Prisində isə 20 faiz artıb.
Yarışlara canlı tamaşaçı marağı da yüksəlib. Belə ki, Avstraliyada 4 faiz, Çində 4,5 faiz, Yaponiyada isə 18 faizdən çox artım qeydə alınıb.
Bununla belə, tribunaların doluluğu baxımından bu göstəricilər o qədər də obyektiv sayılmır, çünki keçən il də yerlər demək olar ki, tam dolu idi. Amma televiziya auditoriyasının artımı göstərir ki, azarkeşlər gördüklərindən razıdırlar.




Şərh əlavə et