Xəbəri Kokpitdə Oxuyun!

Sürücülər reqlamenti müzakirə ediblər

Formula 1 sürücüləri FIA və çempionat nümayəndələri ilə onlayn görüş keçirərək, texniki reqlamentdə planlaşdırılan dəyişiklikləri müzakirə ediblər.

GPBlog-un məlumatına görə, görüş bazar ertəsi baş tutub. GPDA sədri Corc Rassell ilə yanaşı, 2026-cı il reqlamentini ən çox tənqid edən Maks Ferstappen də müzakirələrdə iştirak edib. Görüşdə konkret hansı məsələlərin müzakirə olunduğu açıqlanmasa da, ehtimal edilir ki, sürücülər narahatlıqlarını bir daha dilə gətiriblər.

Jurnalistlərin məlumatına görə, görüş “pozitiv atmosferdə keçib və kifayət qədər məhsuldar və konstruktiv alınıb”.

İndi əsas sual sürücülərin hansı təkliflərinin yekun düzəlişlərə daxil ediləcəyidir. Bu dəyişikliklər komandalar, FIA və Formula 1 rəhbərliyi tərəfindən aprelin 20-də keçiriləcək iclasda müzakirə olunacaq. Planlaşdırılır ki, bəzi yeniliklər artıq mayın əvvəlində keçiriləcək Mayami mərhələsindən qüvvəyə minsin.

Rauf Hacıyev

Şərh əlavə et