Kokpit.az xatırladır ki, Yaxın Şərqdə baş verən münaqişələrə görə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran Priləri ləğv edilib. Buna görə də FİA Formula 2 çempionatı üçün bu mərhələləri əvəzləmək qərarına gəlib.
FİA: “FIA Formula 2 bəyan edir ki, mövsümün ikinci və üçüncü mərhələləri Formula 1 Qran Priləri çərçivəsində Mayami və Monrealda baş tutacaq – bu seriyanın yarışları tarixdə ilk dəfə Şimali Amerikada keçiriləcək.
Mayami və Monrealın təqvimə daxil edilməsi imkanı Saxir və Ciddə mərhələlərinin aprel ayında keçirilməyəcəyi ilə bağlı xəbərlərdən sonra yaranıb.
Formula 2 yarışları 1–3 may tarixlərində Mayamidə, daha sonra isə 22–24 may tarixlərində Monrealda təşkil olunacaq. Bundan sonra çempionat iyunun 4–7-də Monako mərhələsi ilə Avropaya qayıdacaq”.
Formula 2-nin icraçı direktoru Bruno Mişel: “Saxir və Ciddədə yarışmaq xoş idi, onlara ən xoş arzularımızı çatdırırıq və şərait imkan verən kimi geri qayıtmağı səbirsizliklə gözləyirik. Mövsümün ikinci və üçüncü mərhələlərini Mayami və Monrealda keçirməkdən məmnunuq.
Bu imkanın yaranmasına görə Stefano Domenikali və Formula 1-ə, həmçinin FIA-ya, Mayami və Kanada Qran Prilərinin təşkilatçılarına və əlbəttə ki, bu iki yeni mərhələni belə qısa müddətdə hazırlayan komandama təşəkkür edirəm.
Bu, asan olmayıb, lakin Formula 2 yarışlarını ilk dəfə Şimali Amerikada keçirmək fantastikdir. Biz bunu uzun müddətdir istəyirdik. Komandalar və sürücülər bu xəbəri böyük həvəslə qarşılayıb. Əminəm ki, yarışların səviyyəsi həm azarkeşlərin, həm də bu Qran Prilərə qatılanların xoşuna gələcək”.
Formula 3 isə Şimali Amerikaya yollanmayacaq və mövsüm iyunun əvvəlində Monako mərhələsi ilə davam edəcək.
2026-cı il mövsümü yarış təqvimi
| Tur | Qran Pri | Məkan | Tarix |
|---|---|---|---|
| 1 | Avstraliya | Melburn | 6–8 mart |
| 2 | Mayami | Mayami | 1–3 may |
| 3 | Kanada | Monreal | 22–24 may |
| 4 | Monako | Monte Karlo | 5–7 iyun |
| 5 | İspaniya | Barselona | 12–14 iyun |
| 6 | Avstriya | Red Bull Ring | 26–28 iyun |
| 7 | Böyük Britaniya | Silverstoun | 3–5 iyul |
| 8 | Belçika | Spa | 17–19 iyul |
| 9 | Macarıstan | Hungarorinq | 24–26 iyul |
| 10 | İtaliya | Monza | 4–6 sentyabr |
| 11 | İspaniya | Madrid | 11–13 sentyabr |
| 12 | Azərbaycan | Bakı | 25–27 sentyabr |
| 13 | Qətər | Lusail | 27–29 noyabr |
| 14 | Əbu-Dabi | Yas Marina | 4–6 dekabr |




Şərh əlavə et