Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Sprint: Akosta Taylandda qalibdir

MotoGP üzrə Tayland Qran Prisinin sprint yarışında Pedro Akosta qalib gəlib.

Kokpit.az xatırladır ki, yarışa pouldan Marko Bezzekki başlayıb. İtalyan sürücü yarışın startında ikinci yerdəki Mark Markesə keçilsə də, sonradan yerini qaytarıb. Lakin yarışın səkkizinci döngədə olub. Belə ki, ikinci dövrədə Marko yerə yıxılıb və mübarizəni vaxtından əvvəl dayandırıb. Beləliklə, Aprilia komandasının sürücüsü bu həftəsonu üçüncü qəzasını edib. Bununla da, İtaliya komandası potensial qələbəni əldən verib.

Bundan sonra qələbə uğrunda mübarizə Mark Markes ilə Pedro Akosta arasında gedib. Pedro təcrübəli rəqibini keçmək üçün bir neçə dəfə cəhdlər edib. İki ispan sürücü təkər-təkərə mübarizə aparıblar. Akosta hər dəfə əylənmə nöqtəsində önə keçsə də, Ducati motorunun sürətlənməsi Markı öndə saxlayıb.

Lakin Akosta rəqibinə təzyiqə davam edib. Son dövrəyə gələndə o, son Dünya Çempionuna uğurlu hücum edib və önə keçib. Lakin 12-ci dövrənin son döngəsində Markes daxildən hücum edib və təmasla Akostanı keçib. Stüardlar bu təmasa görə Marka 1 yer itirmək cəzası veriblər. Bununla da, Pedro Akosta mövsümün ilk sprint yarışında qalib gəlib. Üçüncü yeri isə Raul Fernandes tutub. Ai Oqura dördüncü, Xorxe Martin beşinci olub.

Yer Sürücü Fərq Vaxt Xal
1 P. Acosta — 19’39.155 12
2 M. Marquez +0.108 19’39.263 9
3 R. Fernández +0.540 19’39.695 7
4 A. Ogura +2.100 19’41.255 6
5 J. Martin +3.851 19’43.006 5
6 B. Binder +4.612 19’43.767 4
7 J. Mir +4.924 19’44.079 3
8 F. Di Giannantonio +5.748 19’44.903 2
9 F. Bagnaia +6.910 19’46.065 1
10 L. Marini +7.796 19’46.951 —
11 A. Marquez +8.504 19’47.659 —
12 J. Zarco +8.577 19’47.732 —
13 D. Moreira +11.970 19’51.125 —
14 F. Morbidelli +12.395 19’51.550 —
15 J. Miller +13.467 19’52.622 —
16 F. Quartararo +15.079 19’54.234 —
17 E. Bastianini +15.452 19’54.607 —
18 A. Rins +15.876 19’55.031 —
19 M. Viñales +21.445 20’00.600 —
20 T. Razgatlioglu +25.860 20’05.015 —
21 M. Pirro +27.892 20’07.047 —
DNF M. Bezzecchi +12 Laps 2’30.673 —

 

 

Rauf Hacıyev

Şərh əlavə et