Buriramdakı ikinci sərbəst yürüşlər yaşıl bayraqların dalğalanması ilə başlayıb və sürücülər vaxt itirmədən trasa çıxıblar.
Sürücülərin əksəriyyəti sessiyaya yumşaq təkərlərlə start veriblər. Cümə gününün lideri Marko Bezzekki, Xorxe Martin və Pedro Akosta isə Medium arxa təkərlərdən istifadə edənlər arasında yer alıblar.
İlk dəqiqələrdə 1:29.654 nəticə ilə ən sürətli dövrəni vuran Bezzekki 3-cü döngədə qəza edib. Həmin anda Pedro Akosta ondan 0.071 saniyə geri qalaraq ikinci sırada qərarlaşıb.
Sıralanma turlarından əvvəl keçirilən son məşq sessiyasının ortasında çyenidən trasa çıxmağa hazırlaşan Bezzekki hələ də zirvədə yer alıb.
Sessiyanın qalan hissəsi nisbətən sakit keçib və yarım saatlıq son məşq sessiyasını birinci pillədə tamamlayan sürücü Marko Bezzekki olub.
Pedro Akosta ikinci yerə yüksəlib, Aleks Markes isə üçüncü olub. Onları Ai Oqura və Franko Morbidelli izləyiblər.
İlk onluğu Mark Markes, Raul Fernandes, Xorxe Martin, Françesko Banyaya və Fabio Di Cianantonio tamamlayıb.
Debütant Toprak Razqatlıoğlu məşq sessiyasını 19-cu pillədə başa vurub.
Sessiya nəticələri
| # | Sürücü | Komanda | Dövrə | Fərq | Vaxt |
| 1 | M. Bezzecchi | Aprilia Racing Team | 14 | – | 1’29.654 |
| 2 | P. Acosta | Red Bull KTM Factory Racing | 15 | +0.071 | 1’29.725 |
| 3 | A. Marquez | Gresini Racing | 15 | +0.174 | 1’29.828 |
| 4 | A. Ogura | Trackhouse Racing Team | 17 | +0.187 | 1’29.841 |
| 5 | F. Morbidelli | Team VR46 | 12 | +0.318 | 1’29.972 |
| 6 | M. Marquez | Ducati Team | 14 | +0.354 | 1’30.008 |
| 7 | R. Fernandez | Trackhouse Racing Team | 12 | +0.378 | 1’30.032 |
| 8 | J. Martin | Aprilia Racing Team | 14 | +0.479 | 1’30.133 |
| 9 | F. Bagnaia | Ducati Team | 12 | +0.488 | 1’30.142 |
| 10 | F. Di Giannantonio | Team VR46 | 15 | +0.565 | 1’30.219 |
| 11 | L. Marini | Repsol Honda Team | 12 | +0.713 | 1’30.367 |
| 12 | J. Zarco | Team LCR | 15 | +0.732 | 1’30.386 |
| 13 | B. Binder | Red Bull KTM Factory Racing | 15 | +0.781 | 1’30.435 |
| 14 | D. Moreira | Team LCR | 12 | +0.835 | 1’30.489 |
| 15 | J. Mir | Repsol Honda Team | 12 | +0.883 | 1’30.537 |
| 16 | M. Viñales | Tech 3 | 13 | +0.983 | 1’30.637 |
| 17 | E. Bastianini | Tech 3 | 14 | +1.033 | 1’30.687 |
| 18 | F. Quartararo | Yamaha Factory Racing | 14 | +1.139 | 1’30.793 |
| 19 | T. Razgatlıoğlu | Pramac Racing | 12 | +1.453 | 1’31.107 |
| 20 | J. Miller | Pramac Racing | 14 | +1.476 | 1’31.130 |
| 21 | A. Rins | Yamaha Factory Racing | 12 | +1.628 | 1’31.282 |
| 22 | M. Pirro | Gresini Racing | 12 | +2.121 | – |




Şərh əlavə et