Buriramda ilk günün son məşq sessiyası başladığı anda bəzi sürücülər vaxt itirmədən trasa çıxıblar.
Günün ilk saatlarında keçirilən ilk məşqdə bütün sürücülər orta tərkibli təkərlərdən istifadə edib. Bu sessiyada isə yumşaq təkərlər daha populyar olub.
İlk dövrələrdən sonra Marko Bezzekki 1:29.192 zaman nəticəsi ilə liderliyə yüksəlib. Sessiya irəlilədikcə nəticələr yaxşılaşıb və Fabio Di Cianantonio cəmi 0.001 saniyə fərqlə zirvəni ələ keçirib.
Təxminən yarım saat geridə qaldıqdan sonra Toprak Razqatlıoğlu öz nəticəsini yaxşılaşdıraraq lider Di Cianantonionun 1.487 saniyə gerisində 20-ci pilləyə yüksəlib.
Mark Markes sessiya boyu çətinlik yaşayıb. Digər sürücülər zaman keçdikcə nəticələrini yaxşılaşdırsa da, Markes tempini artırmaqda çətinlik çəkib. Lakin sessiyanın bitməsinə 20 dəqiqə qalmış dördüncü yerə yüksələrək ilk onluğa düşməyi bacarıb.
Di Cianantonio 1:29.010 nəticə ilə vaxtını yeniləyib. Marko Bezzekki ikinci sırada qərarlaşıb. Nəticəsini yaxşılaşdıran digər sürücü isə Toprak Razqatlıoğlu olub. O, liderdən 1.355 saniyə geri qalaraq, 19-cu pilləyə qalxıb.
Bu vaxt yağış özünü göstərməyə başlayıb.
Sessiyanın bitməsinə 3 dəqiqə qalmış trasda sarı bayraqlar qaldırılıb və Ai Oquranın 7-ci döngədə motosikletdən yıxıldığı bildirilib. Marko Bezzekki 1:28.526 nəticə ilə rekord vuraraq yenidən zirvəyə yüksəlib.
Beləliklə, cümə gününün son məşq sessiyası Marko Bezzekkinin liderliyi ilə başa çatıb. Mark Markes 0.421 saniyə geri qalaraq ikinci olub, Fabio Di Cianantonio isə üçüncü pilləni tutub.
Pedro Akosta və Xorxe Martin müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar. Onları Aleks Markes və Xoan Mir izləyib. İlk onluğu Bred Binder, Ai Oqura və Yohan Zarko tamamlayıblar.
Debütant Toprak Razqatlıoğlu sessiyanı 21-ci pillədə yekunlaşdırıb.
Sessiya nəticələri
| # | Sürücü | Komanda | Dövrə | Fərq | Vaxt |
| 1 | M. Bezzecchi | Aprilia Racing Team | 24 | – | 1’28.526 |
| 2 | M. Marquez | Ducati Team | 25 | +0.421 | 1’28.947 |
| 3 | F. Di Giannantonio | Team VR46 | 19 | +0.484 | 1’29.010 |
| 4 | P. Acosta | Red Bull KTM Factory Racing | 19 | +0.659 | 1’29.185 |
| 5 | J. Martin | Aprilia Racing Team | 25 | +0.703 | 1’29.229 |
| 6 | A. Marquez | Gresini Racing | 23 | +0.850 | 1’29.376 |
| 7 | J. Mir | Repsol Honda Team | 25 | +0.991 | 1’29.517 |
| 8 | B. Binder | Red Bull KTM Factory Racing | 23 | +1.006 | 1’29.532 |
| 9 | A. Ogura | Trackhouse Racing Team | 20 | +1.053 | 1’29.579 |
| 10 | J. Zarco | Team LCR | 21 | +1.064 | 1’29.590 |
| 11 | L. Marini | Repsol Honda Team | 19 | +1.088 | 1’29.614 |
| 12 | M. Viñales | Tech 3 | 20 | +1.097 | 1’29.623 |
| 13 | F. Morbidelli | Team VR46 | 23 | +1.116 | 1’29.642 |
| 14 | R. Fernandez | Trackhouse Racing Team | 25 | +1.140 | 1’29.666 |
| 15 | F. Bagnaia | Ducati Team | 18 | +1.298 | 1’29.824 |
| 16 | F. Quartararo | Yamaha Factory Racing | 23 | +1.358 | 1’29.884 |
| 17 | E. Bastianini | Tech 3 | 21 | +1.504 | 1’30.030 |
| 18 | D. Moreira | Team LCR | 18 | +1.575 | 1’30.101 |
| 19 | J. Miller | Pramac Racing | 21 | +1.608 | 1’30.134 |
| 20 | A. Rins | Yamaha Factory Racing | 25 | +1.776 | 1’30.302 |
| 21 | T. Razgatlıoğlu | Pramac Racing | 20 | +1.839 | 1’30.365 |
| 22 | M. Pirro | Gresini Racing | 23 | +2.911 | 1’31.437 |




Şərh əlavə et