Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Malayziya: Markes yaxşı başlayıb

2026-cı il MotoGP mövsümünün Malayziya Qran Prisinin ilk sərbəst yürüşündə ən yaxşı nəticəni Mark Markes göstərib.

Sepanq trasında yaşıl işıqların yanması ilə həftəsonunun ilk məşq sessiyası başlayıb. Sağlamlıq yoxlamasından keçərək yarışmağa icazə alan Xorxe Martinin də motosikletinə əyləşdiyi görüntülənib.

Raul Fernandes istisna olmaqla, bütün pilotlar orta tərkibli təkərlərə üstünlük veriblər.

İlk cəhdlərdən sonra çempionatın lideri Mark Markes 1:58.912 nəticə ilə zaman cədvəlinə başçılıq edib. Mark Bezzekki ondan təxminən yarım saniyə geri qalaraq ikinci olub.

Xorxe Martin kimi trasa çıxan Raul Fernandes isə cəmi beş dövrə vurduqdan sonra Malayziya Qran-prisinin qalan hissəsində iştirak etməyəcəyi açıqlanıb.

Trackhouse komandasının bəyanatında bildirilib: “Sepanqdakı ilk sərbəst yürüşə başlayan Raul Fernandes İndoneziya Qran Prisinin sprint yarışında birinci döngədə baş verən qəza zamanı sağ şəhadət barmağını sındırmasının motosikleti lazımi şəkildə idarə etməsinə mane olduğunu hiss edib. Çempionatın tibbi direktoru tərəfindən təcili müayinə aparıldıqdan sonra Fernandesin Malayziya Qran-prisinin qalan hissəsində iştirak etməsinin tibbi baxımdan məqsədəuyğun olmadığı qərara alınıb”.

Bu vaxt Xorxe Martin liderdən 2,3 saniyə geri qalaraq 19-cu yerdə qərarlaşmışdı.

Sessiyanın başa çatmasına təxminən 15 dəqiqə qalmış İker Lekuonanı motosikletindən qopan hissələr səbəbindən trasda qırmızı bayraqlar dalğalanıb. Arxa düz yolun sonunda Lekuonanı motosikletinin ön qanadının parçalandığı müşahidə olunub.

Bir neçə dəqiqəlik fasilədən sonra məşq sessiyası yenidən başlayıb.

Damalarınlı bayrağın ardından Mark Markes 1:58.912 nəticə ilə sessiyanı birinci yerdə başa vurub. Mark Bezzekki ikinci, Pedro Akosta isə üçüncü olub.

İlk beşliyi Bred Binder və Aleks Markes tamamlayıblar. Onların ardınca Franko Morbidelli və Yohan Zarko qərarlaşıblar.

Rauf Hacıyev

Şərh əlavə et