Xəbəri Kokpitdə Oxuyun!

Haas Singha ilə tərəfdaş olub

Mövsümöncəsi testlər başa çatan kimi Haas F1 Team komandasının pilotları Esteban Okon, Oliver Berman və komandanın rəhbəri Ayo Komatsu Banqkoka yollanıblar. Orada Singha Corporation ilə tərəfdaşlığın başlanması elan olunub.

Singha Taylandın tanınmış pivə brendidir və onun Formula 1 komandaları və pilotları ilə əməkdaşlıq tarixi artıq təxminən iyirmi ilə yaxındır. Məsələn, vaxtilə brend Kimi Raikkonen-in şəxsi sponsoru olub.

Formula 1-in inkişafında yeni mərhələnin başlanması ilə Haas F1 ilə uzunmüddətli əməkdaşlığa start verilib. Bu münasibətlə Taylandın paytaxtında xüsusi mətbuat konfransı keçirilib. 2026-cı il mövsümündən etibarən şirkət Amerika komandasının rəsmi təchizatçısı statusunu alacaq və onun loqotipləri VF-26 bolidlərində, pilotların kombinezonlarında və komanda əməkdaşlarının uniformasında yer alacaq.

Ayo Komatsu, Haas F1 Team-in rəhbəri: “Komandamızın son dövrdəki inkişaf istiqaməti innovativ düşüncə, müasir yanaşmalar və yeni nəsli fərqləndirən enerji ilə səciyyələnir. Singha-nın baxışları bir çox cəhətdən strateji məqsədlərimizlə üst-üstə düşən bir təşkilatdır.

İnanırıq ki, bu tərəfdaşlıq hər iki tərəfə inkişaf etməyə və birlikdə sabit uğur qazanmağa imkan verəcək”.

Rauf Hacıyev

Şərh əlavə et