Racing Bulls komandasının rəhbəri Alan Permeyn mövsüm ərzində keçiriləcək Qran-prilərdə Yukini sükan arxasında görəcəyimizi təsdiqləyib. Belə ki, yaponiyalı pilot üçün cümə sərbəst yürüşlərində iştirak planlaşdırılıb.
Alan Permeyn: “Yukinin Red Bull ailəsində qalması əladır. O, uzun illər komandamızın bir hissəsi olub, buna görə də paddokda görünməyə davam etməsi yaxşı haldır. Simulyatorda işləyərək inkişafımıza dəyərli töhfə verəcək.
Yuki bir neçə cümə məşqində iştirak edəcək. Onun hər iki komandanın, yoxsa yalnız bizim bolidimizi idarə edəcəyini dəqiq bilmirəm. Lakin məşqlərdə sükan arxasına keçəcəyi dəqiqdir.
Yenə də işinin böyük hissəsi simulyatorla bağlı olacaq. Yarış həftəsonları zamanı bizə simulyatorda kömək edəcək bu səviyyədə pilotun olması sadəcə inanılmazdır”.




Şərh əlavə et