Xəbəri Kokpitdə Oxuyun!

Albert Parkdan qadınlara sürpriz

Melburndakı Albert Park trasının 6-cı döngəsi artıq Formula 1 dünyasının iki qadın mütəxəssisinin şərəfinə adlandırılacaq.

• Laura Müller – Haas F1 Team komandasının yarış mühəndisi
• Hanna Şmits – Red Bull Racing komandasının strateqi

Bu addım qadınların avtoidmandakı rolunu və xüsusilə mühəndislik və strategiya kimi əsas sahələrdəki töhfəsini vurğulamaq məqsədi daşıyır.

Laura Müller və Hanna Şmitsin iştirakı ilə rəsmi açılış mərasimi 5 mart tarixində trasda, media və qonaqların iştirakı ilə keçiriləcək.

Bu təşəbbüs Formula 1-də qadınların artan təsirinin və görünməsinin simvolik göstəricisi kimi qiymətləndirilir.

Rauf Hacıyev

Şərh əlavə et