Batareyanın enerjisi tükəndikdən sonra bolid yalnız daxiliyanma mühərriki hesabına hərəkət edir ki, bu da sürətin ciddi azalmasına səbəb olur. Nəticədə trasda yanaşı hərəkət edən maşınlar arasında sürət fərqi artır və bu, təhlükəli situasiyalar yarada bilər.
Bu məsələ FIA Formula 1 komissiyasının iclasında müzakirə olunub. Komissiya vəziyyəti düzəltmək üçün mümkün addımları nəzərdən keçirib.
Təkliflərdən biri elektrik mühərrikinin maksimal gücünü 15–30 faiz azaltmaqdır ki, batareya daha yavaş boşalsın. Bəhreyn testlərində FİA-nın xahişi ilə komandalar artıq belə sınaqlar keçiriblər. Elektrik mühərriyinin maksimal gücü 350 kVt-dan 50, 100 və hətta 150 kVt azaldılıb ki, bu da təxminən 80–200 at gücü itkisinə bərabərdir.
Belə azalma ilə:
• dövrə vaxtları 1,5–2,5 saniyə pisləşə bilər;
• 0-dan maksimal sürətə qədər sürətlənmə 11 saniyədən 14 saniyəyə qədər arta bilər.
Lakin əsas üstünlük ondadır ki, bu halda batareyanın enerjisi düzlüklərin sonuna qədər çatacaq və sürət fərqindən qaynaqlanan potensial təhlükəli vəziyyətlərin qarşısı alınacaq.
Komissiyada bu ssenari ehtiyat variant kimi nəzərdən keçirilir. Qəti qərarın isə mövsümün ilk bir neçə yarışından sonra verilməsi planlaşdırılır.




Şərh əlavə et