Xəbəri Kokpitdə Oxuyun!

Honda yeniliklər hazırlayır

Yaponiyanın Shiga Sports xəbər agentliyi yazır ki, Aston Martin-in Bəhreyndəki testlər zamanı güc qurğusu ilə üzləşdiyi bütün problemlərə baxmayaraq, Honda ehtiyatlı optimizmi qoruyub saxlayır.

Şirkət daxilindəki mənbələrin məlumatına görə, hazırda Sakuradakı bazada mühəndislər güc qurğusunun etibarlılığını və effektivliyini artırmalı olan yeniliklər paketi üzərində çalışırlar. Honda bu yenilikləri mövsümün ilk mərhələsi olan Melburndakı yarışa qədər hazır etməyə çatmayacaq, lakin ikinci mərhələ olan Çin Qran Prisi üçün Aston Martin-in bu yenilənmələri alacağına ümid edir.

Bundan sonra güc qurğusunun optimallaşdırılması və onun sürət qutusu ilə daha yaxşı inteqrasiyası istiqamətində mərhələli işlərə başlanılacaq. Paralel olaraq, Silverstoundakı Aston Martin bazasında şassi üzərində də işlər aparılır. Agentliyin məlumatına görə, daxili iclas zamanı Ədrian Nyui bildirib ki, mühəndislər Böyük Britaniya Qran Prisinə qədər şassi üzrə ciddi yenilənmələr hazırlamağı planlaşdırırlar və bu dəyişikliklər sayəsində AMR26 pelotonda ən effektiv maşınlardan birinə çevrilməlidir.

Honda və Aston Martin-in rəsmi açıqlamalarında ehtiyatlı mövqe qorunur, lakin daxili qiymətləndirmələr “pozitiv” hesab olunur. Bununla yanaşı, komanda daxilində hamı mövsümün əvvəlində səbirli olmağın və davamlı yeniliklərin vacib olduğu ilə razılaşıb.

Rauf Hacıyev

Şərh əlavə et