Bu münasibətlə Ləns Stroll və Fernando Alonsonun bolidlərində Circuit of the Americas trasında xüsusi Honda500 loqosu olacaq. Honda mühəndisləri də yarış həftəsonunda xüsusi forma geyinəcəklər.
Cümə günü səhər komanda üzvləri və Honda əməkdaşları pit-leyndə xatirə fotosu çəkdirmək üçün bir araya gələcəklər. Fotoda Ləns Stroll, Fernando Alonso, Lourens Stroll və Adrian Nyui də iştirak edəcəklər.
Koji Vatanabe, Honda Racing Corporation-un prezidenti: “Honda 1964-cü ildə Formula 1-də ilk dəfə iştirak etdiyi vaxtdan bəri avtoidmanın zirvəsində saysız-hesabsız qələbələr və faciələr yaşayıb. Şirkətimizin bu mühüm mərhələyə — 500-cü Qran Prisinə çatmasından məmnunam.
Honda-nı inkişafının hər mərhələsində dəstəkləyən dünyanın müxtəlif ölkələrindəki azarkeşlərə, bütün tərəfdaşlarımıza və Honda pilotlarına, həmçinin yeni çağırışı qəbul etmək üçün əməkdaşlığa başladığımız Aston Martin komandasına təşəkkürümü bildirmək istəyirəm.
Tariximiz və nailiyyətlərimizlə fəxr edən Honda dünyanın hər yerindəki azarkeşlərini sevindirmək məqsədilə Formula 1-in çağırışını qəbul etməyə davam edir”.




Şərh əlavə et