Xəbəri Kokpitdə Oxuyun!

Domenikali: Həmilton və Alonso dahidirlər

Formula 1-in rəhbəri Stefano Domenikali hesab edir ki, Lyuis Həmilton və Fernando Alonso cari mövsümün sonunda karyeralarını başa vurmayacaqlar.

İtalyan rəhbərin sözlərinə görə, hər iki sürücü hələ də çempionatın əsas simalarındandır və qarşıdakı mövsümə tam fokuslanıblar:

Stefano Domenikali: “Alonso və Həmilton idmanımızın nəhəngləridir, Formula 1-in əsas fiqurlarıdır və qarşıdakı mövsümə tam diqqət yetiriblər. Əlbəttə, onların qarşısında fərqli məqsədlər və imkanlar var.

Domenikali onların bu il idmandan gedəcəyinə inanmadığını bildirib: “Mən onların bu il karyeralarını başa vuracaqlarına şübhə edirəm, çünki onlar əsl döyüşçüdürlər. Yaxşı maşın və güclü komanda olduqda sona qədər mübarizə apardıqlarını sübut ediblər. İdmandan ayrılacaqlarını düşünmürəm. Ümid edirəm ki, haqlıyam, çünki onlar Formula 1 üçün çox vacib dəyərdirlə”.

F1-in rəhbəri həmçinin qeyd edib ki, çempionatda nəsil dəyişimi prosesi gedir. Belə ki, son bir ildə Formula 1-ə beş gənc sürücü qoşulub və onların ardınca yeni nəsil azarkeşlər də gəlir. Onun sözlərinə görə, təcrübəli çempionlarla gənc istedadların bir arada olması çempionat üçün böyük üstünlükdür.

Rauf Hacıyev

Şərh əlavə et