Yeddiqat dünya çempionu cəmi 5 dövrə vura bilib, bundan sonra maşında texniki problem yaranıb.
Günün ikinci yarısında Həmilton yenidən sükan arxasına qayıdıb, ümumilikdə 78 dövrə vursa da, komanda planlaşdırılan proqramı tam şəkildə yerinə yetirə bilməyib. Britaniyalı sürücü günü dördüncü yerdə bağlayıb.
Lyuis Həmilton: “Komanda üçün ideal gün olmadı və planlaşdırdığımız hər şeyi edə bilmədik. Bununla belə, maşını təmir edib məni yenidən trasa qaytarmaq üçün komanda əla iş gördü.
Vura bildiyim dövrələrə görə çox minnətdaram. Topladığımız məlumatlar mövsümə hazırlığın davamı üçün vacibdir”.
Cümə günü testlərin son günündə SF-26-nın sükanı arxasında Şarl Lekler çalışacaq.




Şərh əlavə et