Aston Martin komandasının ispaniyalı pilotu 68 dövrə vura bilib, bundan sonra isə Honda güc qurğusunda problem yaranıb və ehtiyat tədbiri kimi komanda Fernandodan maşını saxlamasını xahiş edib. İkiqat Dünya Çempionu günün sonunda 15-ci yeri tutub.
Fernando Alonso: “Ən asan gün olmadı, çünki müəyyən nasazlıqlar ortaya çıxdı. Böyük məsafə qət etmək vacib idi, amma bu qədər dövrə kifayət deyil. Güc qurğusundakı problemə görə proqramı tam yerinə yetirə bilmədik və gündüz sessiyasını vaxtından əvvəl bitirməli olduq.
Həll olunmalı çox məsələ var, amma bilirəm ki, həm trasda, həm də bazada hamı problemi tapmaq üçün 100 faiz gücü ilə çalışır”
Cümə günü isə AMR26-nın sükanı arxasına yenidən Ləns Stroll qayıdacaq.




Şərh əlavə et