Xəbəri Kokpitdə Oxuyun!

Testlərin son günü başlayır

Bakı vaxtı ilə saat 11:00-da Bəhreyn Beynəlxalq Avtodromunda 2026-cı il Formula 1 mövsümöncəsi qış testlərinin son günü start götürəcək.

Sürücülər gün ərzində həm kvalifikasiya, həm də yarış imitasiya proqramı yerinə yetirəcəklər. Hər sessiyanın sonunda isə FIA nəzarəti altında yerindən start proseduru icra olunacaq.

Qarşıda nahar fasiləsi (15:00-16:00) ilə iki dörd saatlıq sessiya var. Testlər Bakı vaxtı ilə saat 20:00-da başa çatacaq.

Hava şəraiti:

  • Günəşlidir
  • Hava temperaturu: +24°C
  •  Asfalt: +32°C
  • Yağıntı gözlənilmir

Bu gün sükan arxasında:

  • McLaren: Oskar Piastri (səhər) / Lando Norris (günorta)
  • Mercedes: Kimi Antonelli (səhər) / Corc Rassell (günorta)
  • Red Bull Racing: Ayzek Hadjar (səhər) / Maks Ferstappen (günorta)
  • Ferrari: Şarl Lekler
  • Williams: Karlos Sayns
  • Racing Bulls: Arvid Lindblad
  • Aston Martin: Lens Stroll
  • Haas: Esteban Okon (səhər) / Oliver Berman (günorta)
  • Audi: Niko Hülkenberq (səhər) / Qabriel Bortoleto (günorta)
  • Alpine: Pyer Qasli
  • Cadillac: Serxio Peres (səhər) / Valtteri Bottas (günorta)

Rauf Hacıyev

Şərh əlavə et