Xəbəri Kokpitdə Oxuyun!

Testlərin ikinci günündə Antonelli zirvədədir

Bəhreyndə quru və aydın hava olub. Temperatur gün ərzində +22…28…26°C, asfalt isə +31…36…29°C arasında dəyişib.

Təəccüblüdür ki, testlərin hər günü ilə nasazlıqların sayı artır. Keçən həftə komandalar demək olar ki, yarış məsafəsini problemsiz qət edərək, etibarlılığa zəmanət verirdilər. Amma sürət üzərində iş başlayandan sonra maşınlar daha çox yüklənib və problemlər də artmağa başlayıb.

Bu həftə açıq-aşkar etibarlılıq problemi yaşamayan yalnız McLaren, Mercedes və Williams olub. Digər komandalar bəzən böyük məsafə qət etsələr də, təmir fasilələri ilə üzləşiblər. Üç komanda – Aston Martin, Audi və Cadillac hazırda aydın şəkildə bir addım geridə görünürlər. Yeni layihələrdən möcüzə gözlənilməsə də, Adrian Nyui tərəfindən qurulan yeni Aston Martin maşınından və son illərdə komandaya yatırılan böyük investisiyalardan gözləntilər xeyli yüksək idi.

Dünən olduğu kimi, gün Aston Martin üçün vaxtından əvvəl başa çatıb – qırmızı bayraqlar və evakuator üzərində trası tərk edən AMR26 ilə… Maşında həm sürət, həm də etibarlılıq çatmır. Bəhreyndə beş gün ərzində ən az dövrə vuran məhz bu bolid olub. Komandada açıq şəkildə etiraf edirlər ki, problemlər tez həll olunmayacaq və bu müddətdə rəqiblər daha da uzaqlaşa bilər.

Uğursuz gün Ferrari üçün də qeydə alınıb. Dünən vaxt itirən Lyuis Həmilton bu gün ilk sessiyanı tam buraxıb və nasazlığı aradan qaldırmaq üçün maşın tam sökülüb. Əfsanəvi sürücü nahardan sonra işə qoşula bilib.

Gün ərzində FIA hər iki sessiyanın sonunda sürücüləri yenilənmiş start prosedurunu sınaqdan keçirməyə çağırıb. Yeni prosedura mavi işıq siqnalı və turbinlərin fırlanması üçün beş saniyəlik pauza daxildir. Hər iki cəhddə kiçik nasazlıqlar yaşanıb. Görünür, qaydalara yenidən düzəliş etmək lazım gələcək.

Protokola Kimi Antonelli  1:32.803 nəticəsi ilə başçılıq edib. Bu, indiyə qədərki testlərin ən yaxşı vaxtıdır.

Qış test proqramı Lyuis Həmilton, Aleks Elbon, Liam Louson və Franko Kolapinto üçün başa çatıb. Digər sürücülər testləri sabah yekunlaşdıracaqlar.

# Pilot Komanda Vaxt Fərq Dövrə
1 Kimi Antonelli Mercedes 1:32.803 79
2 Oscar Piastri McLaren 1:32.861 +0.058 86
3 Max Verstappen Red Bull 1:33.162 +0.359 139
4 Lewis Hamilton Ferrari 1:33.408 +0.605 78
5 Lando Norris McLaren 1:33.453 +0.650 72
6 Franco Colapinto Alpine 1:33.818 +1.015 120
7 Nico Hülkenberg Audi 1:33.987 +1.184 73
8 George Russell Mercedes 1:34.111 +1.308 77
9 Esteban Ocon Haas 1:34.201 +1.398 58
10 Liam Lawson Racing Bulls 1:34.532 +1.729 106
11 Alex Albon Williams 1:34.555 +1.752 117
12 Gabriel Bortoleto Audi 1:35.263 +2.460 29
13 Oliver Bearman Haas 1:35.279 +2.476 69
14 Sergio Perez Cadillac 1:35.369 +2.566 50
15 Fernando Alonso Aston Martin 1:37.472 +4.669 68
16 Valtteri Bottas Cadillac 1:40.193 +7.390 58

Rauf Hacıyev

Şərh əlavə et