Xəbəri Kokpitdə Oxuyun!

Red Bull-un yanacağı da homologasiyadan keçib

Daha əvvəl xəbər vermişdik ki, Ferrari və Audi güc qurğuları üçün yanacaq təchizatçıları mövsüm başlamazdan əvvəl 100 faiz bərpa olunan mənbələrdən istehsal edilən yeni yanacağı homologasiyadan keçiriblər. İndi isə məlum olub ki, daha bir şirkət bu mərhələni uğurla başa vurub.

Söhbət ExxonMobil şirkətindən gedir. O, iki komandanı – Red Bull Racing və Racing Bulls-u yanacaqla təchiz edir. Beləliklə, artıq güc qurğuları təchizatçılarının yarıdan çoxu mövsümə hazırlığın vacib mərhələsini tamamlayıblar.

Hazırda açıq qalan məsələ Petronas-ın (Mercedes güc qurğuları üçün) və Aramco-nun (Honda mühərrikləri üçün) yanacağının homologasiyasıdır. Əgər homologasiya vaxtında alınmasa, FIA komandalara “müvəqqəti” və ya qismən homologasiyadan keçmiş yanacaqdan istifadə etməyə icazə verə bilər.

Lakin belə vəziyyətdə hər hansı sanksiyanın tətbiq olunub-olunmayacağı hələlik aydın deyil. Mövsümün startına az vaxt qaldığı üçün bu məsələ yaxın günlərdə xüsusi diqqət mərkəzində olacaq.

Rauf Hacıyev

Şərh əlavə et