Dünənki problemə görə Ferrari sürücüsü Lyuis Həmilton bu gün də yarım gün itirib və cəmi beş dövrə vurub. Nasazlığı aradan qaldırmaq üçün mexaniklər maşını tam sökməli olublar. Cadillac-da Valtteri Bottas və Audi-də Qabriel Bortoleto yalnız son bir saat yarımda trasa çıxıblar. Racing Bulls sürücüsü Liam Louson isə cəmi bir saat işləyib. Fernando Alonso da qət etdiyi məsafəyə görə geridə qalıb, ancaq yenə də dünənkindən çox dövrə vurub.
Digər komandalar – Mercedes, McLaren, Williams, Red Bull Racing, Haas və Alpine C1 və C2 tərkiblərlə uzun seriyalar yerinə yetirərək, dövrə toplamağa fokuslanıblar və ciddi problem yaşamayıblar.
Sessiya ərzində qırmızı bayraq olmayıb, lakin son on dəqiqədə FIA xidmət siqnallarını test etdiyi üçün sessiya dayandırılıb.
Sessiyanın sonunda Ferrari-dən Həmilton boksdan çıxıb, lakin artıq qırmızı bayraqlardan sonra – təmirdən sonra bir dövrə vurmaq və start prosedurunda iştirak etmək üçün.
Sessiya bitdikdən sonra FIA turbinlərin fırlanması üçün beş saniyəlik pauza və əlavə formasiya dövrəsi nəzərdə tutan yeni start prosedurunu sınaqdan keçirib. Bu testdə cəmi dörd sürücü iştirak edib. Startda Corc Rassell Həmiltonla eyni anda hərəkətə başlayıb, lakin nəsə qaydasında getməyib, maşın sürət itirib və toqquşmanın qarşısını almaq üçün Həmilton manevr etməli olub. Lando Norris isə startı xeyli gecikmə ilə reallaşdırıb.
Protokola Lando Norris başçılıq edib. Brtitaniyalı sürücü 1:33.453 nəticə göstərərək, Bəhreyndəki testlərin indiyə qədərki ən yaxşı vaxtını vurub.
Bir saatlıq fasilədən sonra testlər davam edəcək.
| # | Pilot | Komanda | Vaxt | Fərq | Dövrə |
| 1 | Lando Norris | McLaren | 1:33.453 | – | 72 |
| 2 | Max Verstappen | Red Bull | 1:33.584 | +0.131 | 56 |
| 3 | George Russell | Mercedes | 1:34.111 | +0.658 | 77 |
| 4 | Alex Albon | Williams | 1:35.130 | +1.677 | 71 |
| 5 | Gabriel Bortoleto | Audi | 1:35.263 | +1.810 | 29 |
| 6 | Oliver Bearman | Haas | 1:35.279 | +1.826 | 69 |
| 7 | Franco Colapinto | Alpine | 1:35.506 | +2.053 | 54 |
| 8 | Liam Lawson | Racing Bulls | 1:36.959 | +3.506 | 27 |
| 9 | Fernando Alonso | Aston Martin | 1:37.472 | +4.019 | 40 |
| 10 | Lewis Hamilton | Ferrari | 1:39.670 | +6.217 | 5 |
| 11 | Valtteri Bottas | Cadillac | 1:40.193 | +6.740 | 58 |




Şərh əlavə et