Komandalar son testlərə ən perspektivli yeniliklərini gətiriblər və sürət üzərində işləməyə başlayıblar. Dünən sürücülərin əksəriyyəti bu qışın ən yaxşı nəticələrini göstərmişdi.
Gün ərzində iki dörd saatlıq sessiya keçiriləcək, 15:00-16:00 arası nahar fasiləsi olacaq. Testlər Bakı vaxtı ilə 20:00-da başa çatacaq.
Hava günəşlidir, temperatur +22°C, asfalt isə +31°C-ə qədər isinib. Yağıntı gözlənilmir.
Bu gün trasda işləyəcək sürücülər:
McLaren: Lando Norris (səhər) / Oskar Piastri (günorta)
Mercedes: Corc Rassell (səhər) / Kimi Antonelli (günorta)
Red Bull Racing: Maks Ferstappen
Ferrari: Lyuis Həmilton
Williams: Aleks Elbon
Racing Bulls: Liam Louson
Aston Martin: Fernando Alonso
Haas: Oliver Berman (səhər) / Esteban Okon (günorta)
Audi: Qabriel Bortoleto (səhər) / Niko Hülkenberq (günorta)
Alpine: Franko Kolapinto
Cadillac: Valtteri Bottas (səhər) / Serxio Peres (günorta)
Ən maraqlı hadisələri operativ şəkildə çatdıracağıq.




Şərh əlavə et