Xəbəri Kokpitdə Oxuyun!

Pirelli testləri müharibəyə görə ləğv olunub

Pirelli Yaxın Şərqdə silahlı münaqişənin kəskinləşməsi səbəbindən Bəhreyndə əvvəlcədən planlaşdırılan yağış təkərləri testlərini ləğv edib.

Dünənə qədər testlərə tam hazırlıq görülmüşdü. Belə ki, sürücülər və komanda əməkdaşları gəlmiş, maşınlar çatdırılmış, hətta süni suvarma texnikası hazırlanmışdı. Lakin son anda tədbir təhlükəsizlik səbəbindən dayandırılıb.

Şirkətin açıqlamasında bildirilir: “Bu gün və sabah Bəhreyn avtodromunda keçirilməsi planlaşdırılan iki günlük yaş tras testləri beynəlxalq vəziyyətin kəskinləşməsi ilə əlaqədar təhlükəsizlik səbəbindən ləğv olunub. Testlər üçün gəlmiş bütün Pirelli əməkdaşları otellərində təhlükəsizdir. Şirkət onların ən qısa müddətdə evlərinə qayıtmasını təmin etmək üçün çalışır”.

Testlərdə Frederik Vesti Mercedes bolidi ilə, Nik de Friz isə McLaren-in tərkibində sükan arxasına keçməli idi.

Hazırda komandalar sürücülərin və əməkdaşların təhlükəsiz şəkildə geri qayıtması üzərində işləyirlər.

Rauf Hacıyev

Şərh əlavə et