Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Problemlər çoxdur

Bəhreyndə keçirilən üç günlük testlər Aston Martin düşərgəsində əhval-ruhiyyəni bir qədər dəyişib. Fernando Alonso yekunları nikbinlik olmadan şərh edib.

Kokpit.az xatırladır ki, yaşıllar testlər zamanı favoritlərə 4-4.5 saniyə civarında uduzublar.

Fernando Alonso: “Ümid etdiyimiz formada olmadığınızı etiraf etməliyik. Realistik yanaşırıq və başa düşürük ki, Melburnda ən sürətli biz olmayacağıq.

Başlanğıc uğursuz alındı. Barselonadakı testlərin bir neçə gününü buraxmağımız bizim üçün problemə çevrildi. Hətta çəkiliş günü də keçirmədik. Rəqiblərimizin çoxu yanvarın 9-dan bəri demək olar fasiləsiz işləyir, bizim üçün isə testlər yalnız indi başladı. Trasa hər çıxış yeni bir problem gətirir”.

Alonso yeni maşınlarla bağlı Maks Ferstappenin fikirlərinə də münasibət bildirib: “Onu başa düşürəm. Sürət üstünlüyünüz varsa, onu döngədə qorumaq istəyirsiniz. Amma indi hər şey növbəti düzlükdə batareyada nə qədər enerji qalacağından asılıdır. Formula 1-də həmişə belə olub. Sadəcə indi məsələ enerjidədir.

Bir neçə il əvvəl Maks bütün yarışları qazananda əsas amil asfaltayatma qüvvəsi idi. Onun maşınında daha çox asfaltayatma qüvvəsi var idi və o, döngələri 280 km/saat sürətlə keçirdi, biz isə 250 km/saatla, çünki bizdə o qədər yerəbasma qüvvəsi yox idi”.

Rauf Hacıyev

Şərh əlavə et