Lakin monakolu sürücü mətbuat qarşısına çıxaraq qüvvələr nisbətini dəyərləndirməyə çalışıb və məmnunluqla əlavə edib ki, testlər zamanı Ferrari heç bir texniki problemlə üzləşməyib.
Şarl Lekler: “Əslində qüvvələr nisbətini anlamaq əvvəlkindən daha çətindir. Keçmiş nəsil maşınlarla da bunu müəyyən etmək asan deyildi, amma indi elektrik mühərriki xeyli gücləndiyi üçün bir neçə kiçik sazlama dəyişikliyi ilə maşının real potensialını gizlətmək mümkündür. Açığı, bunu etmək üçün indi daha çox üsul var. Buna görə də hazırda harada olduğumuzu dəqiq demək çox çətindir.
Düşünürəm ki, hamı diqqəti rəqiblərin üzərinə yönəltməyə çalışır və mövsümöncəsi mərhələdə bu, normaldır. Red Bull testlərin əvvəlindən çox təsirli güc qurğusu nümayiş etdirir, xüsusilə də bu trasda. Mercedes də zaman-zaman çox güclü görünür. Lakin onlar daha çox şeyi gizlədirlər.
Məncə, bu iki komanda bizdən bir qədər öndədir. McLaren-lə bağlı vəziyyət isə bir az qeyri-müəyyəndir. Ancaq indiki mərhələdə desəm, Red Bull və Mercedes irəlidədir, sonra isə biz gəlirik. Lakin fərqlər hələ böyük görünmür.
Proqramımızı yerinə yetirdiyimiz üçün şadam. Etibarlılıqla bağlı ümumiyyətlə heç bir problem yaşamadıq. Bu, çox yaxşı başlanğıcdır. Hər şey gözləntilərimizə uyğundur. İndi işləmək və inkişaf etmək üçün yaxşı bazamız var”.




Şərh əlavə et