Bu gün də isti hava şəraiti gözlənilir. Gündüz temperatur 28 dərəcəyə qədər yüksələcək. Dünən əksər komandaların şikayət etdiyi mülayim cənub-şərq küləyi isə yenə özünü göstərəcək.
Testlərdə 11 komandanım hamısı iştirak edir və hər biri trasa yalnız bir bolid çıxara bilər. Gün ərzində iki dörd saatlıq sessiya keçiriləcək, saat 15:00-dan 16:00-a qədər nahar fasiləsi olacaq. Testlər Bakı vaxtı ilə 20:00-da başa çatacaq.
Ən maraqlı məqamları sizə çatdıracağıq.
Bu gün trasda işləyəcək pilotlar:
- McLaren: Lando Norris
- Mercedes: Kimi Antonelli (səhər) / Corc Rassell (günortadan sonra)
- Red Bull Racing: Ayzek Hacar
- Ferrari: Şarl Lekler
- Williams: Aleks Elbon (səhər) / Karlos Sayns (günortadan sonra)
- Racing Bulls: Liam Louson (səhər) / Arvid Lindblad (günortadan sonra)
- Aston Martin: Fernando Alonso
- Haas: Oliver Berman
- Audi: Niko Hülkenberq (səhər) / Qabriel Bortoleto (günortadan sonra)
- Alpine: Pyer Qasli
- Cadillac: Serxio Peres (səhər) / Valtteri Bottas (günortadan sonra)




Şərh əlavə et