Sauber-dən keçid edən Andrea Benizi, 2016-cı ildən Maranelloda çalışan və son vaxtlara qədər baş mühəndis vəzifəsini tutan Kallum Makdonaldı əvəz edəcək. Makdonald Karlos Saynsın ardınca Williams-a yollanıb və ispaniyalı sürücü ilə əməkdaşlığı davam etdirmək təklifini qəbul edib.
Andrea Benizi Şarl Leklerin komandasına qoşulacaq. İtaliyan mühəndis Bolonya Universitetinin məzunudur və 2017-ci ildə, Leklerin Prema ilə Formula 2 çempionu olduğu mövsümdə onunla birlikdə çalışıb. 2019-cu ildən etibarən Benizi Sauber-də Antonio Covinatsi və Valtteri Bottasla işləyib.




Şərh əlavə et