Hər iki model — Pilot’s Watch Chronograph 41 George Russell və Pilot’s Watch Automatic 41 George Russell qara keramikadan (zirkonium oksidi qatqılı) hazırlanıb. Saatların əqrəbləri və şkala işarələri britaniyalı pilotun brend mavi rəngindədir. Elə qayış da eyni rəngdə seçilib. Korpus üzərində Rassellin yarış nömrəsi olan 63 həkk olunub.

Corc Rassell: “IWC Schaffhausen-in yaradıcı komandası ilə ilk şəxsi saatlarımın dizaynı üzərində işləmək unudulmaz təcrübə oldu.
2019-cu ildən bəri Formula 1-də mavi dəbilqə ilə yarışlara çıxıram. Bu rəngi həmişə sevmişəm və onun bu idmandakı obrazımın bir hissəsinə çevrilməsini istəmişəm. Onun cəsarətli görünüşü xoşuma gəlir. Bu rəng mənim həyat hekayəmdə də yer alıb — gündəlik maşınlarımda belə məni məhz bu mavi çalar cəlb edir. Buna görə də indi onu IWC-nin iki model saatında görməkdən çox məmnunam.
Mənim xüsusi mavi rəngimdən və 63 nömrəmdən istifadə olunması bu saatları mənim üçün doğrudan da şəxsi və unikal edir. Onlar həm trasda, həm də onun kənarında keçdiyim yolu və əldə etdiyim uğurları əks etdirir”.





Şərh əlavə et